Türkiyənin su planları həyəcan təbilinə səbəb olub
Story Code : 988358
SəhərAzəri-nin məlumatına əsasən,Türkiyənin Araz və "Hurol-Əzim" su hövzələrinin yuxarı axınında onlarla bənd tikməklə həyəcan təbilinə səbəb olub.
DAP layihəsi Türkiyənin 14 vilayətini əhatə edir ki, bu da Fərat suyunun dörddə üçünün aşağı axın ölkələrə daxil olmasına mane olur. Bu bəndin tutumu İrandakı 650 bəndin ümumi tutumundan çoxdur. Bu layihə sərhəddə və İranın gonşuluğunda həyata keçirildiyi üçün hidropolitik əhəmiyyətə malikdir və İranın su ehtiyatlarına və ekoloji vəziyyətinə, xüsusilə də Araz Beynəlxalq çayına təsir edə bilər.
Türkiyənin nəhəng layihələri bundan sonra bu hidropolotiki layihələrin aşağı axınında yerləşən İran, İraq və Azərbaycanın su daxilolmalarını kəskin şəkildə azaldacaq və beləliklə çox da uzaq olmayan bir gələcəkdə bu bölgədəki ölkələr ciddi su böhranı ilə üzləşəcəklər.
Karaput bəndi Aras hövzəsindəki bəndlərdən sadəcə biridir ki, təkmilləşib və DAP adlı layihəyə aiddir. Bənd su elektrik stansiyasından istifadə etməklə yanaşı, yalnız su hövzəsinin yuxarı axın ölkəsi üçün iqtisadi rifah gətirəcək. Amma aşağı hissədə İranın 3 vilayətində içməli suya və kənd təsərrüfatı torpaqlarının münbitliyinə mənfi təsiri ilə yanaşı, ərzaq təhlükəsizliyini təhlükə altına ataraq, miqrasiyaya böhranına gətirib çıxaraq.
Hər bir ölkənin öz çayları üzərində bəndlər tikmək hüququ var, lakin beynəlxalq hüquqa görə, qonşu ölkələrin və ətraf mühitin də su haqqı var bu su, əslində regionun ekologiyası üçündür və bu su haqqı diplomatiya yolu ilə bu ölkələrdən tələb olunmalıdır.
Bundan əlavə, ekspertlərin təklif etdiyi həll yolları və ölkələr arasında birgə görüşlərin keçirilməsi də effektli ola bilər və bu baxımdan Türkiyə, Ermənistan, Azərbaycan Respublikası, İraq və İranın iştirakı ilə su diplomatiyası strategiyasının formalaşdırılması həl yolu ola bilər.