QR CodeQR Code

Ayətullah Ərafi: "Biz Azərbaycan hakimiyyətindən Şeyx Sərdar Hacıhəsənlinin azad edilməsini istəyirik"

operativ.tv , 12 Mar 2022 13:18

Islamtimes - Mart ayının 11-də İran İslam Cümhuriyyətinin müqəddəs Qum şəhərinin imam-cüməsi, Ali Rəhbər Ayətullah Xameneinin elm və təhsil üzrə müşaviri, İran İslam Cümhuriyyəti Elmiyyə Hövzələrinin rəhbəri Ayətullah Əlirza Ərafi vilayət məhbusu Şeyx Sərdar Hacıhəsənlinin azad edilməsini istəyib.


Maide.Az Ayətullah Ərafinin səsləndirdiyi fikirlərin tam mətnini təqdim edir:
"Biz İran və Azərbaycan xalqlarının dostluq əlaqələrinin möhkəmlənməsinin tərəfdarıyıq. Bu iki xalq İslam ümmətinin ayrılmaz hissələridir və bir ümmətdir. Biz dövlətlərin bir-birilə qarşılıqlı və səmimi əlaqələr yaratmasını dəstəkləyirik. İran Azərbaycan torpaqları işğal olunan vaxtda möhtərəm müsəlman bacı və qardaşlarının yanında oldu və onları dəstəklədi, indi də yanındadır və dəstəkləyir. İran İslam Respublikasının Xarici İşlər Nazirliyi iki ölkə arasındakı əlaqələrin gücləndirilməsi üçün çalışır. Biz bunların hamısını dəstəkləyirik. Amma dostcasına və xeyirxahlıqla İran xalqı və Qum Elmi Hövzələr adından Azərbaycan hakimiyyətinə bir şeyi xatırlatmaq istəyirik. Bu xatırlatma onların özlərinin xeyrinədir. Təəssüflər olsun ki, bir müddətdir ki, bizim bəzi dəyərli və əziz Azərbaycanlı ruhani və tələbələrimiz ki, Azərbaycanın dəyərləri və sərmayələridirlər, zindanlara məhkum ediliblər. Bizim əziz və dəyərli dostumuz Şeyx Sərdar Hacıhəsənli hal-hazırda zindandadır və həbs edilmək ehtimalı var. Biz Azərbaycan hakimiyyətinə deyirik ki, bu yaxşı iş deyil. Bu alimlər Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda çoxlu səy göstərmiş və çalışmışlar. Bunlar sizin elm və mədəniyyət sərmayələrinizdirlər, onların qədrini bilin. İslam ümmətinin və Elmi Hövzələrin sizdən gözləntisi budur ki, bu əzizləri zindandan azad edib onlara ehtiram edəsiniz. Bu sizin xeyrinizədir. Onları zindanlara məhkum etməyiniz yaxşı iş deyil. Nigeriya hakimiyyəti Şeyx Zəkzakini azad etdi. Əlbəttə, Nigeriya hakimiyyətinin bu işi düzgün iş idi və onlara da bu barədə xatırlatma edilmişdi. Bizim Azərbaycan hakimiyyətindən istəyimiz budur ki, alimlərə hörmət olunsun, qeyrətli və şücaətli gənclərin qədrini bilin, İslam dəyərlərini qoruyun. İsraillə əlaqələrinizi kəsin, bu sizdən dini bir gözləntidir. Siz İslam və şiə ölkəsisiniz. Bu əzizlər zindanlarda əziyyət çəkməməlidirlər.
Ümüd edirik ki, Azərbaycan hakimiyyəti bu dostcasına nəsihətə və xatırlatmaya müsbət cavab verəcək".


Story Code: 983427

News Link :
https://www.islamtimes.com/az/news/983427/ayətullah-ərafi-biz-azərbaycan-hakimiyyətindən-şeyx-sərdar-hacıhəsənlinin-azad-edilməsini-istəyirik

Islam Times
  https://www.islamtimes.com