Qərbin oyunlarına qarşı artıq Zelenski də dilə gəldi
Sahartv , 29 Jan 2022 13:19
İslamtimes - Ukrayna prezidenti qərbin Rusiyaya qarşı öz planları üçün Ukraynaya 12 milyard ziyan vurduğunu, bu ölkənin müstəqilliyini təhlükəyə atdığını dolayısı ilə etiraf edib.
SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna prezidenti Volodimir Zelenski deyib: “Qərb liderləri və KİV belə bir yalançı təsəvvür yaradırlar ki, sanki sabah Ukraynada müharibə başlayacaq. Bu da iqtisadi sabitliyi pozur və sabitləşmə üçün əlavə 4-5 milyard dollar xərcləmək lazım gəlir”.
Ukrayna prezidenti jurnalistlərə müsahibəsində əlavə olarar bildirib:
“Hətta öz çəkisi olan dövlətlərin rəhbərləri belə qeyri-diplomatik yolla deyirlər ki, bizdə müharibə başlayacaq. Britaniya, Fransa, Almaniya və Litvada KİV belə bir təəssürat yaradır ki, bizdə döyüşlər gedir, səfərbərlikdir. Lakin belə deyil. Bizə panika lazım deyil”.
Zelenski bildirib ki, Ukrayna ətrafında yaranan panikadan ölkə iqtisadiyyatı 12 milyard dollardan çox ziyan çəkib. Vəziyyətin destabilizasiyası ölkənin müstəqilliyinə təhlükə yaradır.
Story Code: 976158