QR CodeQR Code

"Allaha and olsun ki, siz məni incitdiniz"

18 Dec 2021 15:37

İslamtimes - Fatimə (ə) buyurdu: "Allaha and olsun ki, siz məni incitdiniz". Beləliklə də o iki nəfər onun hüzurundan çıxdıqları zaman Fatimə (ə) onlara qəzəbli idi".


Əbu Bəsir İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: "Onlar (Əbu Bəkr və Ömər) Fatimənin (ə) hüzuruna daxil olub soruşdular: "Ey Allah rəsulunun qızı, indi necəsən?"
Fatimə (ə) buyurdu: "Allaha həmd olsun, yaxşıyam". Sonra buyurdu: "Məgər eşitməmisiniz ki, Allah rəsulu (s) "Fatimə mənim bir parçamdır. Kim onu incidərsə, məni incidər, kim məni incidərsə, Allahı incidər" – deyə buyurub?"
Dedilər: "Bəli (eşitmişik)".
Fatimə (ə) buyurdu: "Allaha and olsun ki, siz məni incitdiniz". Beləliklə də o iki nəfər onun hüzurundan çıxdıqları zaman Fatimə (ə) onlara qəzəbli idi".
عن أبي بصير، عن أبي عبد الله جعفر بن محمد (عليه السلام)، قال: فأجابت، فلما دخلا عليها قالا لها: كيف أنت يا بنت رسول الله؟ قالت: بخير بحمد الله. ثم قالت لهما: ما سمعتما النبي (صلى الله عليه وآله) يقول: " فاطمة بضعة مني، فمن آذاها فقد آذاني، ومن آذاني فقد آذى الله "؟ قالا: بلى. قالت: فوالله، لقد آذيتماني. قال: فخرجا من عندها وهي ساخطة عليهما.
(Şeyx Təbəri (r), "Dəlailul-imamət", səh. 134, hədis: 43)
Həsən ibn Əli ibn Əbu Həmzə öz atasından belə nəql edir: "İmam Sadiqdən (ə) soruşdum: "Hansı səbəbə görə Fatimə (ə) gündüz deyil, gecə dəfn edilmişdir?"
İmam (ə) buyurdu: "Çünki o, adamların [iki nəfərin] ona namaz qılmamasını vəsiyyət etmişdi".
عن الحسن ابن علي بن أبي حمزة، عن أبيه قال: سألت أبا عبد الله " ع " لأي علة دفنت فاطمة عليها السلام بالليل ولم تدفن بالنهار؟ قال: لأنها أوصت ان لا يصلي عليها رجال (الرجلان).
(Şeyx Səduq (r), "İləluş-şəraye", cild 1, səh. 185, bab 149, hədis: 1)
Fatimə (ə) öz vəsiyyətində belə buyurdu: "Allaha, atam Allah rəsuluna (s) və yoldaşım Əmirəlmöminin Əliyə verdikləri əhdi pozan bir ümmət (cənazə) namazımı qılmasın. Onlar mənə zülm edərək mirasımı götürdülər. Atamın mənə Fədək mülkü üçün yazdığı səhifəni yandırdılar və şahidimi yalançı saydılar. Allaha and olsun ki, onlar (şahidlərim) Cəbrail, Mikail, Əmirəlmöminin və Ümmü-Əymən idi...".
لأنها وصت (عليها السلام)، وقالت: لا يصلي علي أمة نقضت عهد الله وعهد أبي رسول الله (صلى الله عليه وآله) وأمير المؤمنين بعلي وظلموني واخذوا وراثتي وحرقوا صحيفتي التي كتبها أبي بملك فدك والعوالي وكذبوا شهودي وهم والله جبريل وميكائيل وأمير المؤمنين وأم أيمن...
(Şeyx Xəsibi (r), "əl-Hidayətul-kubra", səh. 178)


Story Code: 969103

News Link :
https://www.islamtimes.com/az/news/969103/allaha-and-olsun-ki-siz-məni-incitdiniz

Islam Times
  https://www.islamtimes.com