Rəisi: Qaz sazişi İranı regional tranzit mərkəzinə çevirə bilər
Sahartv , 7 Dec 2021 13:04
Islamtimes - İran İslam Respublikasının prezidenti bəyan edib ki, Azərbaycan, İran və Türkmənistan arasında qaz sazişi İranı regional tranzit mərkəzinə çevirə bilər.
SəhərAzəri-nin məlumatına əsasən, prezident Seyid İbrahim Rəisi hökumətinin fəaliyyətə başlamsının 100 günlüyü münasibətilə İran Televiziyasının 1-ci kanalına verdiyi müsahibəsdə Türkmənistan paytaxtında keçirdiyi görüşlər və imzalanan üçtərəfli qaz sazişi barədə deyib: "İran İslam Respublikası qonşu dövlətlərlə tranzit və digər sahələrdə əməkdaşlığa dair bir sıra sazişlər imzalayıb. Bu sənədlər çox vacibdir. Qonşu dövlətlərlə imzalanan sazişlər iqtisadi inkişafa kömək edə bilər”.
Rəisi əlavə edib ki, İran limanları qonşu ölkələrlə ticarət baxımından mühüm amildir.
Söhbətinin davamında hökumət başçısı İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması məsələsinə toxunub. O, Vyanadakı son danışıqlarda İranın nümayəndə heyətinin iki məsələ çərçivəsində, yəni "zalımcasına sanksiyaların aradan qaldırılması" və "nüvə fəaliyyətləri" çərçivəsində qarşı tərəfə təklif etdiyi mətnlərdən söz açaraq, əlavə edib: "Bu gün dünyaya sübut olunub ki, İran danışıqlarda güclü və ləyaqətli bir şəkildə iştirak edir".
Cənab Rəisi, hökuməti fəaliyyətə başlayandan bəri səylərin mərkəzində zalımcasına sanksiyaların aradan qaldırılması və zərərzisləşdirilməsinin dayandığını bildirərək, qeyd edib ki, o, fəaliyyəti dövründə müxtəlif ölkələrin rəsmiləri və nümayəndə heyətləri ilə 100-dən çox görüşləri və təmasları olub ki, onların hamısında İslam Respublikasının iradəsinin dünya ilə sosial, siyasi, mədəni və iqtisadi əlaqələri genişləndirmək olduğunu vurğulayıb.
Story Code: 967310