İran Əfqanıstandakı qaçqınların vəziyyətindən narahatdır
23 Nov 2021 10:08
İslamtimes - İran Xarici İşlər Nazirliyinin sözçüsü qış mövsümü ərəfəsində əfqan qaçqınların vəziyyətindən narahat olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bazar ertəsi günü həftəlik brifinqində xüsusilə soyuq mövsümün gəlməsi ilə bağlı əfqan qaçqınların vəziyyəti ilə bağlı sualın cavabında deyib: "İranın bütün aidiyyəti qurumları xüsusilə çətin anlarda əfqan xalqının yanında qalacaqlar".
İranın diplomatiya aparatının sözçüsü əlavə edib: "İran İslam Respublikası Əfqanıstanın müxtəlif şəhərlərinə, xüsusilə soyuq mövsüm ərəfəsində və kifayət qədər yanacağın olmadığı bir halda müxtəlif humanitar yardımlar göndərib".
Xətibzadə vurğulayıb: "İran 40 ildən çox bir müddətdə 4 milyondan çox Əfqanıstan vətəndaşını qəbul edib, amma bu vəziyyət, xüsusilə də beynəlxalq təşkilatların heç bir məsuliyyət üzərinə götürmədiyi üçün davam edə bilməz".
Xarici İşlər Nazirliyinin mətbuat katibi MAQATE-nin baş direktoru Rafael Qrossinin bu gün axşam Tehrana səfəri ilə bağlı deyib: "Biz Atom Enerjisi üzrə Beynəlxalq Agentlik AEBA-ya həmişə texniki əməkdaşlıq yolunda qalmağı və bəzi ölkələrin öz siyasi orientasiya və siyasi niyyətlərini bu beynəlxalq quruma diktə etməsinə imkan verməməyi tövsiyə etmişik".
Xətibzadə Suriyanın Ərəb Liqasına qayıtması və İranın bununla bağlı mövqeyi haqqında deyib: "Suriya ərəb dünyasının ən mühüm və silinməz aktorlarından biridir və müxtəlif ölkələr bu qənaətə gəliblər ki, nə Suriyanı silmək mümkündür, nə də ki, Suriyanın təsirli bir aktyor kimi silinməsi ərəb dünyasının xeyrinədir".
Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayevin Tehrana səfərinə gəlincə isə Xətibzadə deyib ki, iki ölkə arasındakı münasibətlərlə bağlı xoş xəbərlər var və bu yaxınlarda iki ölkə arasında müxtəlif səviyyələrdə səfərlər baş tutacaq.
İranın diplomatiya aparatının sözçüsü ABŞ rəsmisinin İranın Əhatəli Müştərək Təşəbbüs Proqramının geri dönməz nöqtəyə çatması ilə bağlı bəyanatına reaksiyada deyib: "Rəvayətlərin bu cür təhrif edilməsi ABŞ-a kömək etməyəcək və hazırkı vəziyyətin günahkarı ABŞ-dır və əyani zəmanətlə sanksiyaları ləğv etməlidir".
Story Code: 964985