Sionist rejim “Azadlıq Tuneli” əməliyyatının son iki qəhrəmanını da həbs etdi
Story Code : 954774
Deyerler.org Rasthaber-ə istinadən xəbər verir ki, sionist rejimin qüvvələri dünən (19 sentyabr) səhər tezdən Cəninin Şərq məhəlləsinə basqın edərək, bəzi evləri mühasirəyə alıb. Basqın zamanı silahlı toqquşmaların baş verdiyi qeyd edilib.
Sionist mediası Gilboa həbsxanasından qaçan altı məhbusdan qalan iki fələstinli əsirin, rejimin Cənin şəhərinə etdiyi hərbi hücum zamanı həbs edildiklərini yazıb.
Fələstin mənbələri bazar günü səhər sionist yaraqlıların Cəninə hücum edərkən bir neçə partlayışın eşidildiyini qeyd ediblər.
Shahab xəbər agentliyi isə belə yazır: “Sionist qüvvələrinin Cənin şəhərinə çoxlu maşın və əsgərlə hücumu nəticəsində bir gənc yaralanıb. Müqavimət qrupları Cəninin Şərq məhəlləsindəki sionist rejimin xüsusi təyinatlıları ilə döyüşürlər”.
Bir neçə dəqiqə sonra, “Cerusalem Post” da daxil olmaqla sionist rejimin mediası, Gilboa həbsxanasından qaçan altı məhbusdan qalan iki fələstinli əsirin sionist yaraqlıları tərəfindən Cənin şəhərində saxlanıldığını bildirib.
“Al-Quds News” həbs edilən iki fələstinli məhbusun, on üç gün əvvəl Gilboadakı ciddi rejimli həbsxanadan qaçan Əyhəm Kəmamci və Munadil Nəfiyatı olduğunu bildirib.
Əl-Cəzirə telekanalının müxbiri Cənin əməliyyatı ilə əlaqədar olaraq verdiyi xəbərində bunları deyib: “İsrail rejiminin qüvvələri Cəninin şərq məhəlləsində bir neçə evi mühasirəyə aldı və içəridəkiləri təslim olmağa çağırdı”.
Xatırladaq ki, bundan əvvəl sionist mediası Gilboa həbsxanasından qaçan məhbusları tapmaq üçün minlərlə əsgərin səfərbər edilməsinin sionist rejimə ən az 31 milyon dollara başa gəldiyini bildirmişdi.