Səudiyyə rejiminin Yəmənə güzəşt təklifi ABŞ-ı hərəkətə gətirdi
Deyerler , 19 Jun 2021 15:49
İslamtimes - "Saudi Leaks"in xəbərinə görə, yüksək səviyyəli səudiyyəli mənbə Səudiyyə rejiminin vəliəhdi Məhəmməd bin Salmanın Səna hökumətinə Yəmən ordusu ilə atəşkəsə nail olmaq üçün yeni güzəştlərə hazır olduğunu açıqlayıb.
Deyerler.org xəbər verir ki, sözügedən mənbə, Məhəmməd bin Salmanın son vaxtlar Ənsarullah hərəkatı ilə görüşmək üçün Yəmənə gedən Oman nümayəndə heyəti kimi beynəlxalq vasitəçilər vasitəsi ilə atəşkəs müqabilində yəmənlilərə yeni güzəştlər etdiyini söyləyib.
Adı anonim saxlanılan mənbə Oman nümayəndə heyətinin Səudiyyə rejiminin Səna hökumətinin tabeliyindəki Yəmən ordusunun Səudiyyə rejiminə qarşı hücumlarına son qoyması və danışıqlar masasına oturması üçün Ənsarullah hərəkatına bir neçə rəsmi güzəşt etdiyini söyləyib.
Məlumata görə, Səudiyyə rejiminin vəliəhdi Məhəmməd bin Salman Ənsarullah hərəkatına onların nəzarət etdiyi ərazilərin yenidən qurulması və Ənsarullah hərəkatının Şimali Yəməndəki suverenliyini tanıması üçün on milyardlarla dollar təklif edib.
Ənsarullah hərəkatının bu təklifi məmnuniyyətlə qarşıladığını deyən səudiyyəli mənbə, Ənsarullah liderlərinin Səna hava limanının və Hudeyda limanının açılmasını insan haqqı olaraq şərt qoyduqlarını söyləyib.
Oman nümayəndə heyəti Yəmənin paytaxtı Sənadan ayrıldıqdan sonra, İran Parlamentinin Xarici Əlaqələr üzrə məsul nümayəndəsi Hüseyn Əmir Abdullahian Səudiyyə rejiminin Yəmən müharibəsindəki itkilərini danışıqlar masasında kompensasiya edə bilməyəcəyini demişdi.
Abdullahian Yəməndəki böhrana həll yolu tapmaq üçün bütün Yəmən siyasi partiyalarının iştirakı ilə Yəmən milli dialoqunun qurulmalı olduğunu vurğulamışdı.
BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits də Yəmən məsələsindəki səlahiyyətinin qalan müddətində Yəməndə mühasirənin qaldırılacağına və atəşkəsin əldə olunacağına ümid etdiyini bildirmişdi.
Yeni proseslər fonunda ABŞ Dövlət Departamenti ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi Tim Lenderkinqin Mənsur Hadi rejimi, Səudiyyə rejiminin yüksək vəzifəli şəxsləri və Martin Qriffits ilə görüşmək üçün Ər-Riyada gedəcəyini açıqlayıb.
Açıqlamaya görə, Lenderkinq yəmənlilərə yardım göstərməyin yeganə yolu olan Yəmən səviyyəsində hərtərəfli atəşkəsə nail olmaq üçün son səyləri müzakirə etmək üçün Ər-Riyada gedəcək.
Lenderkinqin Yəmən daxilində əsas malların və humanitar yardımların sərbəst axını üçün təzyiq göstərməyə davam edəcəyini qeyd edən ABŞ Dövlət Departamenti, Cənubi Yəməndə sabitlik, təhlükəsizlik və firavanlıq üçün Ər-Riyad razılaşmasının həyata keçirilməsinin vacib olduğunu söyləyib.
ABŞ Dövlət Departamentinin açıqlamasında Oman sultanlığının sülhü təşviq etmək səyləri də yüksək qiymətləndirilib.
Son olaraq Saudi Leaks bildirib ki, Səudiyyə rejiminin vəliəhdi Bin Salman İranın bölgədəki fəaliyyəti ilə bağlı necə davranacağına dair Vaşinqtonla fikir ayrılıqlarını həll etmək üçün Tehrana qarşı daha barışdırıcı mövqe tutub.
Story Code: 938915