QR Code
Xankəndi kimindir? Erməninin, rusun yoxsa bizim?
nur-az.com , 12 Apr 2021 14:27
İslamtimes - Ermənistanın isə bu günlərdə müstəqillikdən imtina edib Rusiyaya qoşulması söhbətləri gəzir.
Müharibənin bitməsindən beş ay keçib, amma hələ də Xankəndinin və yaxud demək olar ki, bütövlükdə Qarabağın kimin olması sual altındadır. Bu ərazilər erməninindir, rusundur, yoxsa Azərbaycanın. Bəli, onsuz da Azərbaycan da, Ermənistan da demək olar ki, müstəqil olmalarına baxmayaraq hər iki ölkənin hakimiyyəti rusun çaldığı hava ilə oynayır, Rusiyanın dabrosu ilə Ermənistana olan dəstək kəsilir, Azərbaycan hakimiyyəti də özünü torpaq alan kimi təqdim edir. Amma, bütün bunlara baxmayaraq bütün dünyada Rusiyanın dabrosu ilə müharibənin başlayıb bitməsi bir yana, Qarabağın Rusiyada qalaması da bilinir.
Ermənistanın isə bu günlərdə müstəqillikdən imtina edib Rusiyaya qoşulması söhbətləri gəzir. Onsuz da elə əvvəldən qeyd edilmişdi ki, Ermənistan tərəfi dinc dayanmayacaq, ya Rusiyanın tərkibinə keçməklə, ya da yenidən müxalifət, daha sonra hökümət, ordu düzəltməklə müharibəyə başlayacaqlar.
Müharibənin bitməsindən 5 ay ötüb, amma hələ də Qarabağa adam göndər bilmirik. Dövlətin yalvar-yaxarından sonra da kimsə getmədiyi üçün məcbur olub belə bir bəhanə tapıblar ki, işğaldan azad edilmiş ərazilərin minadan təmizlənmə prosesi hələ başa çatmayıb. Güya minadan təmizlənsə kimsə gedəcək? Halbuki bu günə qədər deyirdilər ki, torpaqlarımız işğaldan azad edilsin, gedib orda toy edək.
Nəhayət məcbur qalıb Xankəndinə elə erməniləri dolduracaqlar. Rusiya artıq çoxdandır ki, bu ərazilərdə sülhməramlı adı altında hökmranlıq edir. Sayt yazır: “Rusiya sülhməramlılarının dəstəyi ilə Azərbaycana qayıdanların sayı rəsmi bilgilərə görə, 50 min civarındadır. Amma müstəqil erməni mənbələrin əslində söhbətin ən yaxşı halda 30 min ermənidən gedə biləcəyinə işarə edir. Qeyd edək ki, Rusiya sülhməramlılar da ilkin mərhələdə ermənilərin sığınması üçün xeyli iş gördülər, müharibə zamanı sınmış qapı-pəncərələri, evlərin damlarının bərpasında kömək etdilər.” Doğrudan da anlamaq olmur ki, bu əraizlər Azərbaycnaındır, ermənilərin, yoxsa Rusiyanın?
Hələ bu cümlələr daha çox qərib səslənir: “Etirazçılar separatçı rəhbərlər və sülhməramlı kontingentin yüksək rütbəli şəxsləri ilə görüş tələb ediblər. Təsadüfi deyil ki, martın sonunda ermənilərin Xankəndində etiraz aksiyası keçirilib. Aksiya keçirənlər Azərbaycan dövlətinin nəzarətinə keçən ərazilərdən köçmüş ermənilərin yerləşdirilməsi məsələsinin həll olunmasını tələb edərək Xankəndidə yolları bağlayıblar.” Xankəndi Azərbaycanın olsaydı onun yollarını azərbaycanlılar bağlamalı idilər. Azərbaycanda elə bir hakimiyyət mövcuddur ki, Rusiya kimi nəhəng dövlətin qorxusundan sülhməramlıların orada ağalıq etməsinə heç nə deyə bilməməsi bir yana, ermənilərin etiraz aksiyalarını da nəzərə alıb onların istədiklərini verəcəkdir. Çünki onlar ermənidir. Azərbaycanlı deyil ki, etiraz edən kimi başına “dubinka” dəysin.
Azərbaycan xalqını bu sual düşündürməlidir: Xankəndi kimindir?
Story Code: 927172
Islam Times
https://www.islamtimes.com