QR CodeQR Code

İmam Cavadın (ə) gözəl əxlaqından nümunələr

Deyerler , 21 Jul 2020 15:17

İslamtimes - İmam Cavad (ə) da başqa Məsum İmamlar (ə) kimi hər bir insan üçün əxlaq nümunəsi idi. İmamın (ə) bu gözəl əxlaqından bir neçə nümunələrə işarə edək.



Sistan əhalisindən olan bir nəfər nəql edir: “Mötəsim xəlifə olan ilk ili İmam Cavadla (ə) həcc səfərində birlikdə idik. Bir gün yemək süfrəsində Həzrətə (ə) dedim: “Qurbanın olum, bizim diyarın hakimi elə bir insandır ki, siz Əhli-Beytin (ə) vilayətini qəbul edir və sizi sevir. Mən borcluyam və ona bir qədər maliyyə hesab ödəməliyəm. Əgər məsləhət bilirsinizsə, onun üçün məktub yazın və ondan istəyin ki, məndən müğayat olsun”.
 
İmam (ə) buyurur: “Mən onu tanımıram”. İmama (ə) dedim: “O, siz Əhli-Beytin (ə) dostlarındandır və sizin tövsiyəniz mənim üçün faydalı olardı”.
 
İmam (ə) kağız istəyir və belə bir yazı yazır: “Bismilləhir-Rahmənir-Rahim! O kəs ki, mənim məktubumu gətirəcəkdir, sənin gözəl əqidəndən mənə danışdı. Həqiqətən sənin bəhrən ancaq o şeydir ki, qardaşlarının haqqında edirsən. Ona görə də davamlı olaraq qardaşlarına yaxşılıq et və bil ki, Allah Təala sənə sual verəcəkdir. Sən işində məsulsan, baxmayaraq ki, xardal zərrəsi qədər olsa belə”.
 
Mən məktubu alıb, şəhərə daxil oldum və gəlməyimi hakimə xəbər verdilər. O, məni qarşılamaq üçün şəhərdən iki fərsəx məsafədən aralanmışdı. Mən İmamın (ə) məktubunu ona verdim. O, məktubu aldı və öpdü və gözünün üstünə qoydu. Soruşdu: “İstəyin nədir?”. Dedim: “Sizin xəzinəyə bir qədər mal borcluyam”. O, əmr verdi ki, məni həmin borcdan azad etsinlər və sonra dedi: “O vaxta qədər ki, mən hakiməm, maliyyə ödəməni vermə”.
 
Hədidin oğlu Əhəd nəql edir ki, həcc yolunda yolkəsənlər bizə hücum etdilər. Mədinəyə daxil olan zaman İmam Cavadı (ə) görməyə getdim. İmam (ə) məni mənzilinə dəvət etdi və yolkəsənlərin əhvalatını ona danışdım. İmam (ə) əmr etdi ki, mənə paltar və bir qədər pul versinlər. Sonra buyurdu: “Bu dinarları səfər yoldaşlarının arasında yolkəsənlərin aldığı miqdarda böl”. Hamıya o qədər pul çatdı ki, yolkəsənlər onlardan almışdılar”.
 
İmam Cavadın (ə) dostlarından biri nəql edir: “Həmad ibni İsa ilə birlikdə Mədinədən çıxmaq istəyirdik. Xudahafizləşmək üçün İmam Cavadın (ə) yanına gəldik. İmam (ə) bizə buyurdu: “Sabah səhərə qədər şəhərdən çıxmayın”. İmamın (ə) evindən çıxan zaman Həmad mənə dedi: “Mən bu gecə yola düşəcəyəm, çünki yüküm şəhərdən xaric olmuşdur”. Həmin gecə yolda sel gəlmişdi və Həmad da qərq oldu”. (Tebyan)
 


Story Code: 875752

News Link :
https://www.islamtimes.com/az/news/875752/imam-cavadın-ə-gözəl-əxlaqından-nümunələr

Islam Times
  https://www.islamtimes.com