SEPAH generalı Suriya ilə İraq sərhəd bölgələrinə baş çəkdi
Deyerler , 1 May 2020 02:03
İslamtimes - Aprelin 29-da İran qüvvələri Suriyanın şərqində, İraqla sərhəddə yerləşən Əl-Bukamal bölgəsində yüksək hazırlıq vəziyyətinə gətirilib.
Deyerler.org SouthFront-a istinadən xəbər verir ki, Suriya İnsan Haqları Manitorin Mərkəzinin (SOHR) verdiyi məlumata görə, İranın dəstəklədiyi müqavimət qüvvələri İraqdan maşın karvanının daxil olmasından sonra şəhərin rayonlarında yerləşdiriliblər.
SOHR-un açıqlamasında belə qeyd olunub: “Bu (xəbərdarlıq vəziyyəti) İraqdan gələn İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) hərbi maşınlarının Əl-Bukamala daxil olması ilə eyni vaxtda reallaşıb”.
Sada Al-Sharqiyah adlı Facebook səhifəsi isə, İranın İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandiri general Əmirali Hacızadənin sərhəddəki Əl-Qaim şəhərinə getdiyini və bir qrup İran zabiti ilə Suriya tərəfindəki Əl-Bukamalı araşdırdıqdan sonra, İraqa qayıtdığını bildirib.
SEPAH-ın Aerokosmik Qüvvələri Əl-Bukamalda yüksək fəaliyyətdə olan qüvvələrdəndir. General Ə.Hacızadənin regiona səfəri SEPAH-ın Aerokosmik Qüvvələrinin Əl-Bukamalda bəzi əməliyyatlara hazırlaşa biləcəyindən xəbər vermiş ola bilər. SEPAH-ın Aerokosmik Qüvvələr keçirdiyi əməliyyatlarda ballistik raketlər, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri və PUA-lardan istifadə edir.
Story Code: 860028