Şeyx Zəkzəkinin ofisi: “Şeyxin olduğu həbsxanada şiddətli iğtişaş baş verib”
Deyerler , 31 Mar 2020 17:44
Islamtimes - Nigeriya İslam Hərəkatının lideri Şeyx Zəkzəkinin ofisi həyacan təbili çalaraq, ölkdə KOVİD-19 pandemiyasının yayıldığı bir vaxtda Nigeriya hökumətindən ağır xəstə olan Şeyx Zəkzəki və xanımı Malama Zinətin dərhal və qeyd-şərtsiz həbsdən azad etməsini tələb edib.
Deyerler.org xəbər verir ki, Şeyx Zəkzəkinin ofisi bəyanatında bunları qeyd edib: “Ağır xəstə Şeyx Zəkzəki və xanımı Malama Zinətin KOVİD-19 pandemiyası təhlükəsi vəziyyətində Kaduna Dövlət Həbsxanasında saxlanılması pislənilir. Xüsusilə həbsxanada şiddətli bir iğtişaşın baş verdiyi barədə xəbərlər gəlir. Onların həyatlarının təhlükəsizliyi üçün azadlığa buraxılmasını tələb edirik!”
Story Code: 853816