QR Code
Nigeriya xalqı Şeyx Zəkzəkinin azad olunması üçün dinc etirazları davam etdirir
Maide , 6 Mar 2020 16:49
İslamtimes - Nigeriya xalqı paytaxt Abucada Şeyx Zəkzəkinin azad olunması tələbi ilə gündəlik etiraz aksiyalarını davam etdirir.
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, martın 5-i küçələrə çıxan etirazçılar, həbsdə olan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəkinin azadlığa buraxılması üçün şüarlar səsləndiriblər.
Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən hələ də icra edilməməsini qınayıblar.
Nümayişçilər Şeyx Zəkzəkinin heç bir ittiham irəli sürülmədən həbsdə saxlanılmasının onun səhhətinə pis təsir etdiyini və şeyxin səhhətinin pisləşməsinə görə Nigeriya rəhbərliyinin məsuliyyət daşıdığını bildiriblər.
Nümayişçilər Şeyx Zəkzəki və xanımı Zinət İbrahim ilə həbsdə olan bütün İMN fəallarının azadlığa buraxılana qədər etiraz aksiyalarını dayandırmayacaqlarını bildiriblər.
Story Code: 848762
Islam Times
https://www.islamtimes.com