QR CodeQR Code

“ABŞ Əfqanıstanı dərhal tərk etsin”: Məhəmməd İsmayıl Xan

Deyerler , 17 Feb 2020 17:58

İslamtimes - Qərbi Əfqanıstanın təsirli mücahid lideri və ölkənin sabiq su və enerji naziri Məhəmməd İsmayıl Xan SSRİ-nin Əfqanıstandan çıxmasının ildönümü münasibətiylə etdiyi çıxışında, ABŞ qüvvələrinin Əfqanıstandan çıxmalı olduğunu bildirib.



Deyerler.org Əl-Aləmə istinadən xəbər verir ki, İsmayıl Xan yüzlərlə mücahid komandir, din alimi və xalqdan bir qrupun qarşısında çıxış edərək bunları söyləyib: “Bu gün rusların işğalçı qoşunlarının geri çəkilməsinin ildönümünü qeyd edəndə, Əfqanıstandakı xarici qüvvələrin geri çəkilməsinin ərəfəsindəyik.
 
Bəziləri Əfqanıstan xalqı ilə dost olmaq istəyirsə, hərbi güclə, top və tank vasitəsilə yox, milli və beynəlxalq səlahiyyətlilər vasitəsilə dostluq etməlidir. Hərbi qüvvələrin mövcudluğu və döyüş təyyarələrinin hava sahəsində uçmasıyla Əfqanıstan xalqı ilə dostluq mümkün deyil, əgər bu dostluğa sadiqdirlərsə, bu Əfqanıstandan kənarda edilməlidir.
 
Əfqan xalqı təcavüzkarlara qarşı mübariz ruha malikdir və hər kəs bunu bilməlidir ki, bu bölgədə və bu ölkədə heç bir super güc həyatda qala bilməz. Əfqanıstanda olan xarici birliklər də getməlidir və əlbəttə gedəcəklər.
 
 
Müharibəni dayandırın və son 25 ildə Əfqanıstan xalqının evlərinin yandırılmasına son qoyun.
 
Amerika Birləşmiş Ştatlarının Taliban ilə etdiyi razılaşmanın, ölkədə daimi sülh və sabitlik gətirəcəyinə ümid edilir”.
 


Story Code: 845102

News Link :
https://www.islamtimes.com/az/news/845102/abş-əfqanıstanı-dərhal-tərk-etsin-məhəmməd-ismayıl-xan

Islam Times
  https://www.islamtimes.com