İslamtimes - Fevralın 1-i Beynəlxalq Hicab günü kimi qeyd edilir.
Maide.Az bildirir ki, bu gün dünya üzrə milyonlarla qadına hicab barədə məlumatlar verilir və onlar müxtəlif tədbirlərdə iştirak etməyə dəvət edilir.
Hicab gününün qeyd olunması ilə təşəbbüs ilə 2013 cü ildə Nyu-York sakini Nazma Xan olmuşdur.Digər dinlərdən olan qadınları hicab örtərək qadın gözəlliklərini yad gözlərdən qorumağı təklif etmiş və bu ideyası dünyanın bir çox ölkələrindən dəstək almışdır. Onun qrupunun hazırladığı maarifləndirici broşürlər 22 dilə tərcümə olunub. Bununla bağlı rəsmi internet səhifəsi də açılıb: www.worldhijabday.com
Təşkilatçılar həmçinin bu tədbir vastəsilə bununla dünyada olan İslamofobiyanın zəifləməsinə nail olmağa ümüd etdiyini bildirir.
Nazma Khan bildirir ki, bu kampaniyanı təşkil etməkdə məqsədlərdən biri dinlərarası tolerantlığı Hicab vasitəsilə insanlara çatdırmaqdır.
2015-16 - 17-ci illərdə Hicab günü dünyanın 116-dan çox ölkəsində qeyd edilib və 10 milyona yaxın insan tərəfindən dəstəklənib
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən olan dövlət rəsmiləri, məşhurlar, tanınmış şəxslər bu aksiyaya dəstək veriblər. Onlar “Mən hicab gününü dəstəkləyirəm” posterini əlində tutaraq foto çəkdirib və bunu sosial şəbəkələrdə paylaşıblar. Bu posterlə yüzlərlə insan fotolarını paylaşaraq aksiya öz münasibətini ifadə edib.