QR CodeQR Code

AİP-dən Trampın "Əsrin sazişi"nə etiraz

islamazeri , 31 Jan 2020 18:26

İslamtimes - Azərbaycan İslam Partiyası ABŞ-ın Qüdslə bağlı qərarına etiraz bəyanatı yaydı



İslamazeri.com  "islamınsəsi" portalına istinadən xəbər verir ki, AİP-in bəyanatında deyilir:
“Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Fələstinin tarixi paytaxtı müqəddəs Qüds şəhərini İsrailin bölünməz paytaxtı elan etməsi Yaxın Şərqdə yeni müharibə ocağının yaranmasından başqa bir şeyə xidmət etmir. İşğalçı rejimləri dəstəkləməklə və yeni torpaqların qəsbinə rəvac verməklə Amerika özünün dünyada apardığı işğalçılıq siyasətinə haqq qazandırmağa çalışır. Amma Qüds sıradan bir şəhər, adi bir bölgə, sadə bir torpaq deyil. Qüds təkcə fələstinlilər üçün yox, bütöv müsəlman dünyası və bütün müsəlman ümməti, İslam dininin özü üçün qırmızı xətt, İslamın özü qədər pak və müqəddəs bir məkandır.
“Əsrin sazişi” deyilən bir qondarma layihənin gerçəkləşdirilməsi işğalın daha eybəcər forması kimi qiymətləndirilməli, İsrailin Fələstinın paytaxtını, müsəlmanların müqəddəs diyarını ilhaq etmək qədər beynəlxalq hüquqa zidd addım hesab edilməlidir. Dünya ictimaiyyəti Fələstinin işğalına yönəldilmiş Amerika-İsrail gizli razılaşması hesabına tərtib edilmiş “əsrin sazişi” adlanan qondarma layihəni ədalət və sülh naminə qəbul etməməli, pisləməlidir. Yaxın Şərq ölkələri üçün gələcək daha ağır və faciəli sonluq vəd edən bu cür layihələr qətiyyətlə rədd edilməli, müsəlman ölkələrin rəhbərləri belə düşünülməmiş addıma qarşı sərt mövqe sərgiləməlidirlər. Əks təqdirdə imperialist dairələr İslam torpaqlarının bölüşdürülməsini, müsəlmanların malik olduqları maddi, mənəvi sərvətlərə sahib olmalarını davam etdirəcəklər.
Azərbaycan İslam Partiyası hesab edir ki, müsəlman aləmi üçün bu gün dünyada baş verən son hadisələri tarixi reallıqlarla sintez edilməklə öyrənmək, İslam dünyasının gələcək taleyini təyin edən qarşılıqlı münasibətlər toplusunu müəyyənləşdirmək olduqca vacib amilə çevrilmişdir. Biz İslam Əməkdaşlıq Konfransı təşkilatının üzv ölkələrini baş verənlərə diqqətlə yanaşmağa, çoxqütblü dünyanın tarazılığının istismarçı siniflərin qlobal maraqları istiqamətində pozulmasının qarşısını almaq məqsədilə təcili tədbirılər görməyə, diplomatik səyləri artırmaqla güc nümayiş etdirməyə çağırırıq. ABŞ-ın imperiya maraqlarına xidmət edən İslam ölkələri bu ölkənin perspektiv planlarından agahlıq tapmalı, istismarçı ölkə ilə münasibətlərinə yenidən baxmalıdır. ABŞ-ın hər hansı bir maddi təzminatına, maliyyə investisiyasına aldanmaq tarixi cinayət, Allah Təala qarşısında ən çətin cavabdehlikdir.”
 


Story Code: 841818

News Link :
https://www.islamtimes.com/az/news/841818/aip-dən-trampın-əsrin-sazişi-nə-etiraz

Islam Times
  https://www.islamtimes.com