APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Bavariya federal əyalətinin Səhiyyə Nazirliyi məlumat verib.
Məlumata görə, koronavirus Ştarnberq bölgəsindən olan bir kişidə aşkarlanıb: “O, nəzarət altındadır və ətrafdakılardan təcrid olunub”.
Həkimlər onun vəziyyətini stabil olaraq qiymətləndirirlər.
Yeni növ 2019-nCoV koronavirusun yaratdığı pnevmoniyanın bölgədə yayılması riski hazırda təhlükəli hesab edilmir.