QR Code
Nigeriya hökuməti Şeyx Zəkzakinin müalicəsinə maneə yaradır
Maide , 23 Dec 2019 16:43
İslamtimes - Artıq illərdir Nigeriya hökuməti tərəfindən qanunsuz olaraq həbsdə saxlanılan bu ölkənin İslami Hərəkat rəhbəri Şeyx İbrahim Zəkzakinin səhhətə yenidən təhlükə yaranıb.
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Nigeriya İslami Hərəkatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Şeyx Zəkzaki və onun həyat yoldaşı Malam Zinət artıq 17 gündür ki, hökumət qüvvələrinin nəzaritndə olan həbsxanaya yerləşdirilib. Burada isə onun müalicəsi aparılmır, lazım olan dərmanlarla təmin olunmur.
Təşkilat beynəlxalq qurumlara təcili olaraq Nigeriya hökumətinə təzyiq etməyə və Şeyx Zəkzakinin müalicəsini davam etdirməsi üçün normal şəraiti olan xəstəxanaya yerləşdirilməsini xahiş edib.
Qeyd edək ki,17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kadun vilayəti ali məhkəməsinə ərizə göndərilib.
Bir müddət öncə Şeyx Zəkzakinin Hindistanda müaəlicəsinə icazə verilsə də Nigeriya hökumətinin təzyiqi ilə yenidən ölkəyə geri qaytarılıb.
Story Code: 834368
Islam Times
https://www.islamtimes.com