Beynəlxalq Cinayət Məhkəməsi İsrailin cinayətlərini araşdırır
IslamTimes , 21 Dec 2019 11:08
İslamTimes: Amerika İsrailin ittiham olunmasına qarşıdır
Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Fələstində törətdiyi hərbi cinayətləri araşdırmasına sionist rejim başçısının ardınca ABŞ xarici işlər naziri etiraz edib. Əvvəlcə Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinə etiraz edib, onun ardınca Pompeo bir tvitdə sionist rejimin müdafiəsinə qalxıb.
Beynəlxaq Cinayət Məhkəməsi ötən gün işğalçı İsrailin Qəzzə zolağı və Qərb Sahilində hərbi cinayətlərini araşdırıb. Məhkəmə sionist rejimin Şərqi Qüds, Qəzzə, və Qərb Sahilində hərbi cinayətə yol verdiyini düşünür. Təşkilatın hakimləri dörd ay ərzində məhkəmənin bu mövzuya müdaxilə etmək səlahiyyətində olub-olmaması sualını cavablandırmalıdır. Sionist rejim başçısı isə Beynəlxalq Cinayət Məhkəməsinin belə bir səlahiyyətə malik olmadığını iddia edir. Pompeo deyib ki, İsrail bu təşkilatın üzvü olmadığından məhkəmə İsrail haqqında qərar çıxara bilməz.
Story Code: 833991