Pakistanın sabiq prezidenti edama məhkum edildi
IslamTimes , 17 Dec 2019 12:14
İslamTimes: Pərviz Müşərrəf xəyanətdə ittiham olunur
Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf xəyanət ittihamı ilə edama məhkum olunub. Hakim Vəqar Əhməd Sethi elə bir zamanda edam hökmü çıxarıb ki, Pakistan Daxili İşlər Nazirliyi Pərviz Müşərrəf haqqında cinayət işinin dayandırılmasını istəyib. Pərviz Müşərrəf ordu komandanı olduğu zaman (1999) qiyam qaldıraraq Nəvaz Şərif hökumətini devirib. O 2007-ci ilin noyabrında fövqəladə vəziyyət elan edərək konstitusiya və parlamenti etibarsız elan edib. Konstitusiyanın 6-cı maddəsinə əsasən güc tətbiq etməklə konstitusiyanı dəyişən şəxs xəyanətkar sayılır. Pərviz Müşərrəf sabiq baş nazir Benəzir Buttonun qətlində də müqəssir sayılır.
Story Code: 833256