Çexiya məhkəməsi müsəlman xanımın hicab taxmaq hüququnu müdafiə edib
Story Code : 831913
Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, Ali Məhkəmə Somalidən olan qızın tərəfini tutaraq, daha əvvəl rayon və Praqa şəhər məhkəmələri tərəfindən rədd edilmiş tibb məktəbinə qarşı iddiaları təmin edib.
Məhkəmə nəzəri dərslər zamanı hicab geymək qadağasını səbəbsiz sayıb.
Ali Məhkəmə, həmçinin qeyd edib ki, Çexiya dini plüralizmi qəbul etməli və tolerant olmalıdır. Həmçinin, dini ayrı-seçkilik etməməlidir.
İndi Praqa rayon məhkəməsi yenidən bu işə baxmalıdır.
Qız məhkəməyə 2013-cü ildə müraciət edib. Ayan Camal Əhmədnuur, direktorun yalnız əvvəlcədən razılaşdırıldığı kimi praktik dərslərdə deyil, həm də adi dərslərdə hicabı çıxartmağı tələb etməsindən sonra orta tibb məktəbində oxumağı dayandırmışdı.
İddiaçı məktəbin ondan üzr istəməsini və 60 min kron təzminat ödəməsini tələb etmişdir.