0
Saturday 7 December 2019 - 08:30

Hulusi Akar: NATO Türkiyəni terrorla mübarizə meydanında tənha qoydu!

Story Code : 831225
Hulusi Akar: NATO Türkiyəni terrorla mübarizə meydanında tənha qoydu!
"Russia Today"-in verdiyi məlumata əsasən, NATO Suriyanın şimalındakı kürd yaraqlılarını terrorçu qruplaşmalar siyahısına əlavə etməkdən boyun qaçırıb. NATO-nun bu qərarından sonra Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, NATO Türkiyəni terrorizmlə mübarizə meydanında tənha qoyub. 
Bu qərar bir halda verilib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı liderlərinin Londondakı görüşündən öncə Türkiyə hökuməti NATO-ya xəbərdarlıq etmişdi. Rəsmi Ankara bildirmişdi YPG-yə bağlı kürd silahlıları terrorçu qruplaşmalar siyahısına əlavə edilməzsə Türkiyə Baltikyanı ölkələrin müdafiəsi üzrə NATO planına veto qoyacaq.
Türkiyə prezidenti R. T. Ərdoğanın son anda bu veto qərarından vaz keçdiyi bildirilsə də, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-ya güzəştə gedildiyi ilə bağlı xəbərlərin şayiə olduğunu bildirib.
Source : IslamTimes
Tagged
nato