Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, etirazçılar “Trampa yox”, “NATO-ya yox” plakatlarını qaldırıblar.
Nümayişçilər, həmçinin Fələstin bayrağı və Fələstin xalqına dəstək bildirilən plakatlar da daşıyaraq, İsrail rejiminin işğalçı və ekspansionist siyasətlərini dəstəkləyən Amerika rəhbərliyinin siyasətlərini qınayıblar.
Dekabrın 3-ü NATO sammitinə qarşı Londonda etiraz aksiyası keçirilib. Minlərlə insan Londonun Trafalqar meydanında toplaşaraq, Bekinqem sarayına yürüş edib. Saraydakı NATO-ya üzv olan ölkə liderlərinə etiraz edən minlərlə insan, “Tramp və NATO-nu ölkəmizdə istəmirik” şüarını səsləndiriblər.
Müharibə Əleyhinə Koalisiya və "İrqçiliyə qarşı ayağa qalx" kampaniyaları tərəfindən keçirilən aksiyaya xeyli sayda insan qatılıb.