İordaniya-İsrail razılaşmasının vaxtı bitdi
IslamTimes , 10 Nov 2019 18:26
İslamTimes: Əl-Baqurə və Əl-Ğəmr 25 ildən sonra İordaniyaya qaytarıldı
İordaniyanın 25 illiyə İsrailə icarəyə verdiyi Əl-Bəqurə və Əl-Ğəmr məntəqələri bu gün İordaniyaya qaytarılıb. 25illikicarə müddəti başa çatıb. Sionist rejim məntəqəni boşaltmağa başlayıb. Əl-Bəqurə İordaniyanın şimalında, Əl-Ğəmr İordaniyanın cənubunda yerləşir. Razılaşmaya əsasən icarə müddəti artırıla bilərdi. İordaniya tərəfi bunu istəməyib. İsrail öz sakinlərinin əraziyə daxil olmasını qadağan edib və ərazi hərbi zona elan olunub.
Story Code: 826648