0
Sunday 27 October 2019 - 16:36

Türkiyənin Bağdad və Dəməşqdən icazəsiz hərbi əməliyyatları nə vəd edir?

Story Code : 824237
Türkiyənin Bağdad və Dəməşqdən icazəsiz hərbi əməliyyatları nə vəd edir?
Suriyanın şimalında rəsmi Dəməşqdən icazəsiz kürd silahlılara qarşı əməliyyat aparan Türkiyə İraq üzərində uçuşları da dayandırmayıb. Bu gün Ankara Pəncə-3 adlandırdığı hava hücumu əməliyyatı zamanı İraqın şimalında PKK terror şəbəkəsinin mövqelərinə zərbə endirib. Türkiyə Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, əməliyyat zamanı 3 terrorçu öldürülüb. İraq Xarici İşlər Nazirliyi Türkiyə səfiri Fateh Yıldızı dəvət edərək rəsmi Bağdadın etirazını bildirib. Qonşularla bu şəkildə davranmaq Ankaraya nə edir? Adətən bunun acısı ağır günlərdə dadılır. Bir gün Türkiyə təkrar çevriliş cəhdi yaşayarsa, təbii ki, bugünkü hərbi müdaxilələrin cavabını alacaq.  
 
Source : IslamTimes
Tagged
pkk