Fələstin Müqavimət Hərəkatı Həmasın siyasi bürosunun rəisi İsmail Həniyyə Məscidül-Əqsanın unudulmayacağını vurğulayaraq deyib: Bizim Qüds və Məscidül-Əqsada birbaşa vəzifələrimiz var. Bu gün sionistlər Babur-Rəhmə müsəllasına daxil olub namaz qılanlara mane olurlar. Biz heç vaxt Məscidül-Əqsanın müdafiəsini dayandırmayacağıq.
İsmail Həniyyə dünya ölkələrini sionist rejimin cinayətkar addımlarına qarşı çıxmağa çağırıb.