MSF: Türkiyənin hərbi müdaxiləsindn sonra 5 min suriyalı…
IslamTimes , 22 Oct 2019 06:25
İslamTimes: Hərbi təcavüz xalqları didərgin salır
Sərhədsiz Həkimlər təşkilatının bəyanatına əsasən, Türkiyənin Suriyaya hərbi müdaxiləsindən sonra 5 min suriyalı İraqa sığınıb. Türkiyənin Sülh Çeşməsi adlandırdığı əməliyyat Suriyanın şimalında kürd silahlılarından çox sadə xalqa zərbə olub. Qeyri-hökumət təşkilatı olan Sərhədsiz Həkimlərin bəyanatı ötən gün Cenevrədə yayılıb. MSF suriyalı didərginlər üçün 2 səhra xəstəxanası açıb.
ABŞ-ın öz hərbi qüvvələrini Suriyanın şimalından çıxarması Türkiyənin müdaxiləsinə yaşıl işıq kimi dəyərləndirilir. Əldə olunmuş 5 günlük atəşkəs razılaşması isə başa çatmaqdadır.
Story Code: 823335