ABŞ hərbçiləri Suriyadan İraqa ötürülür
IslamTimes , 14 Oct 2019 17:51
İslamTimes: Tramp Türkiyə-kürd qarşıdurmasını kənardan seyr edəcək
Suriyanın rəsmi SANA informasiya agentliyi 150 ABŞ hərbi qulluqçusunun Suriyadan İraqa göndərildiyini bildirir. ABŞ Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, Amerika kürdlərlə Türkiyə arasındakı döyüşlərdən kənarda qalmaq istəyir. Hələ ki Suriyada minə yaxın ABŞ hərbi qulluqçusu qalır. Yaxın günlərdə bütün ABŞ hərbçilərinin Suriyanı tərk edəcəyi gözlənilir. Amerikadan ümidini üzmüş kürdlər Suriya hökuməti və Rusiyadan kömək gözləyir.
Story Code: 821994