Tunisdə ikinci dövrə prezident seçkilərində prezidentliyə namizəd Qeys Səyid sionist rejimlə rabitələrin normallaşdırılmasını böyük xəyanət adlandırıb. Teledebatdakı çıxışının bir hissəsini işğalçı İsraillə münasibətlərə həsr edən namizəd sionist rejimlə münasibətlərin adiləşdirilməsinə səy edənlərin mühakimə olunmasını istəyib. Sionistlərin Tunisdəki məbədlərdə olmasına etiraz edən namizəd qeyd edib ki, bizim yəhudilərlə münasibət var, amma bunu işğalçı İsrailə aid etmək olmaz.