Tramp: Qərbi Asiyada mənasız müharibələrdən çıxmalıyıq!
IslamTimes , 7 Oct 2019 18:19
İslamTimes: Amerikanın Qərbi Asiyanı (Yaxın Şərqi) tərk etməsinin vaxtı çatıb
ABŞ prezidenti Donald Tramp son tvitlərindən birində Yaxın Şərqi tərk etmək vaxtının çatdığını yazıb. Tvitdə deyilir: Amerika Qərbi Asiyadakı sonsuz və mənasız müharibələrə son qoymalıdır. ABŞ Suriyada 30 gün qalmalı idi. Bu çoxdankı söhbətdir. Qarşıya heç bir məqsəd qoymadan vuruşuruq. Mən Ağ Evə gələndə İŞİD məntəqədə hakim idi. Biz İŞİD-I 100 faiz məhv etdik (?). Həbs etdiyimiz minlərlə İŞİD üzvünün çoxu avropalı idi. Avropa onlara sahib durmur. Kürdlər on illərdir Türkiyə ilə müharibə aparır. Mən bunu 3 il təxirə saldım. Amma daha yetər…
Tramp bu tvitdən az sonra ABŞ qüvvələrinin Suriyadakı strateji bir məntəqəni tərk etməsini göstəriş verib.
Story Code: 820654