Təcavüzkar Ərəbistan Aramko hadisəsində İran silahından danışır
Story Code : 816574
4 ildən artıq Yəmən xalqının başına bomba yağdıran, Yəməndə humanitar fəlakət yaradan, beynəlxalq təşkilatlar tərəfindən hərbi cinayətlərdə ittiham edilən Səudiyyə Ərəbistanı Aramko hadisəsi ilə bağlı yaydığı bəyanatda hadisədə İran silahından istifadə olunduğunu iddia edir. Ərəbistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Aramko neft şirkətlərinin təsisatlarına dron hücumlarında İran silahından istifadə edildiyi vurğulanır. Rəsmi Tehran ABŞ, İsrail və Ərəbistanın belə bəyanatlarına adət edib. Hətta BMT Yəməndə qətliama göz yumur, Aramkonun vurulmasını pisləyir!!