Ötən gecə Qəzzə Zolağında İsrailin dronu vurulub. Sionist rejim dronun Qəzzə Zolağında vurulmasını təsdiqləyib. Öncə Livan Hizbullahı sionist rejimin Livan ərazisinə daxil olmuş dronunu vurmuşdu. Belə görünür ki, artıq müqavimət cəbhəsi ABŞ və İsrail dronlarını asanlıqla vurur. Hazırda işğalçı İsrailin müdafiə və hücum təchizatında ciddi nöqsanlar mövcuddur.