Bəhreyn hökuməti Hüseyn (ə) əzadarlarını hədələdi
IslamTimes , 4 Sep 2019 18:01
İslamTimes: Bəhreyndə hər il əzadarlıq şüarları qadağan edilir
Bəhreyn daxili işlər naziri Raşid bin Abdullah Ali-Xəlifə Aşura əzadarlıqları ilə bağlı məhdudiyyətlərdən danışıb, məscid və hüseyniyyə rəhbərllərini hədələyib. Nazir bütün dini və siyasi şüarların qadağan edildiyini, qadağanı pozan əzadarların ciddi cəzalandırılacağını elan edib. Bəhreyndə hər il Hüseyn (ə) əzadarları təzyiqlərlə üzləşir, əzadalıqla bağlı təqib və həbslər aparılır.
Story Code: 814488