Bu gün işğalçı İsrail hərbçiləri Məscidül-Əqsaya soxularaq namaz qılan müsəlmanlara hücum edib. Hadisə zamanı plastik güllə və gözyaşardıcı qazdan onlarla müsəlman xəsarət alıb. Fələstin Qırmızı Aypara Cəmiyyəti xəbər verir ki, 20-dən çox xəsarət alan fələstinli arasında bir uşaq da var.
Sionist rejimin bütün vəhşiliklərinə baxmayaraq işğal olunmuş Qüdsdə Məscidül-Əqsada on minlərlə müsəlman Qurban bayramı namazı qılıb.