BMT baç katibi Antoniu Quterreş Təhlükəsizlik Şurasına hesabatında Ərəbistan və Əmirliyi uşaq hüquqlarını pozan ölkələr siyahısında saxlayıb. Bu barədə Əlcəzirə şəbəkəsi yazır. Hesabatda bildirilir ki, Ərəbistan və Əmirliyin təcavüzkar koalisiyası Yəməndə 729 uşağı qətlə yetirib. 684 uşaq hava hücumları zamanı həlak olub. Əl-Məyadin xəbər verir ki, Yəmən Səhiyyə Nazirliyi hərbi təcavüz nəticəsində 100 mindən artıq mülki vətəndaşın əlil olduğunu bildirir.