Nigeriya polisi dinc etiraz aksiyası keçirən Şeyx Zəkzəki tərəfdarlarını atəşə tutdu
Deyerler , 24 Jul 2019 15:36
İslamtimes - Nigeriya xalqının ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin azadlığa buraxılması üçün paytaxt Abucada keçirdiyi dinc etiraz aksiyasına polis yenə atəş açıb.
Deyerler.org İslamicmovement-ə istinadən xəbər verir ki, Nigeriya İslam Hərəkatının baş katibi Şeyx Zəkzəkini dəstəkləmək məqsədilə iyulun 23-ü paytaxtın əsas prospektinə çıxan minlərlə Şeyx Zəkzəki tərəfdarlarına qarşı polis qüvvələrinin həqiqi güllə və göz yaşardıcı qazla müdaxilə edib. Polisin atəş açması nəticəsində ölən və yaralananların olduğu bildirilsə də, dəqiq say hələ də açıqlanmayıb.
İyulun 23-ü polisin Şeyx Zəkzəki tərəfdarlarına qarşı silahlı hücumunda şəhid olmuş Harisu Maqaci, Husaini Yahaya, Əli Heydər İbrahim Süleyman, Dahiru (Doqo) T, Batula Muhammad Ğama torpağa tapşırılıb. Cənazə mərasimində Nigeriya rejiminin Əhli-Beyt (ə) ardıcıllarına qarşı vandallığı qınanılıb.
Deyerler.org
Story Code: 806821