0
Monday 15 July 2019 - 15:22

"Gəncə işi" hesabatından...

Story Code : 805180
"Gəncə işi" hesabatından...
Qərara gəldik ki, Gəncə hadisələri ilə bağlı hazırladığımız Hesabat geniş olduğundan sənədin bəzi önəmli hissələrini sosial şəbəkələrdə paylaşaq, ictimai müzakirəyə təqdim edək...

Beləliklə, ilk paylaşacağımız hissə həbs olunan şəxslərə ağır işgəncələr verən vəzifəli şəxslərin siyahısıdır. Bu siyahını paylaşırıq ki, qoy köməksiz vəziyyətdə, dinc, günahsız insanlara işgəncə verənləri kimliyini hamı tanısın. Onları öz ailələrindən, qohumlarından tutmuş ictimaiyyətə qədər hamı qınaq və ittiham etsin. Aidiyyatı qurumlar isə ölçü götürsün, götürmürlərsə tarix baxımdan yaddaşlara keçsin. Zamanı gələndə onların özləri və əməlləri ittiham obyekti olsun...

Gəncə məhbuslarına işgəncə verənlərin siyahısı:

Apardığımız araşdırmalara, eləcə də təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin, ailə üzvlərinin, şahidlərin verdiyi məlumata görə Gəncə hadisələri ilə bağlı həbs edilənlərə aşağıda adları qeyd olunan vəzifəli şəxslər ağır işgəncələr veriblər:

1. Orxan Babayev- Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi
2. Ədalət Sadıqov- Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin keçmiş rəisi
3.Bayramov Samir Dövlət oğlu- Gəncə baş polis idarəsinin post-patrul xidməti taborunun rəis müavini, polis baş leytnantı
4. Şahin Musayev- Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin cinayət-axtarış bölməsinin rəisi
5. Vüqar Qarayev- Kəpəz rayon polis idarəsinin rəis müavini
6. İsmayılov Əfqan Teymur oğlu- Nizami rayonu Cinayət Axtarış Şöbəsinin (CAŞ) baş əməliyyat müvəkkili
7. Rüstəmov Şirxan Salman oğlu- Gəncə şəhəri Baş polis idarəsi müvəqqəti saxlama yerinin nəzarətçisi
8. Tağıyev Ələsgər İsrəfil oğlu- Gəncə şəhəri Nizami RPi-nin İTB-nin sahə rəisi, polis mayoru
9. Abbasov Bəxtiyar Fizuli oğlu- Gəncə şəhəri Nizami RPi-nin təminat hissəsinin kiçik inspektoru, polis baş serjantı,
10. Mehdiyev Elşən Əvəz oğlu- Gəncə şəhəri Kəpəz RPi-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytnantı
11. Əsgərov Nizami Kərəm oğlu- Gəncə şəhəri Kəpəz RPi-nin İTB-nin polis sahə rəisi, polis mayoru
12.Məhərrəmov Pərviz Rəmiyyədin oğlu- Gəncə şəhəri Nizami RPi-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytnantı
13. Verdiyev Sənan Dunay oğlu- Gəncə şəhəri Nizami RPi-nin İTB-nin YYÇ-la proflaktik işin təşkili qrupu inspektoru, polis kapitanı
14. Qurbanov Vüsal Rəcəf oğlu- Gəncə şəhəri Kəpəz RPi-nin CAŞ-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytnantı
15. Məhəmmədov İlqar Əsgər oğlu- Gəncə şəhəri Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinin əməkdaşı
16. Hüseynzadə Hüseyn Ceyhun oğlu- Gəncə şəhəri Kəpəz RPi-nin PPXT-nin polis nəfəri, polis serjantı
17. Məmmədov Tacəddin Rasim oğlu- Gəncə şəhəri Baş Pİ-nin müvəqqəti saxlama yerində nəzarətçi

Eyni zamanda məhbusların ancaq adlarını eşitdikləri, hansı vəzifəni daşıdıqlarından xəbərləri olmayan aşağıdakı şəxslər istintaq zamanı saxlanılanlara işgəncə verib: Ramin, Sumqayıtdan olan Elmar adlı müstəntiq, Rafiq Şabanov, Ceyhun Nuriyev, Rasim Qurbanov, Knyaz, Zöhrab, Yusif, Xanlar, Cavanşir və digərləri. İşgəncələr Gəncə şəhər Nizami rayon polis idarəsində, Kəpəz rayon polis İdarəsində, Gəncə 2 saylı İstintaq Təcridxanasında, Bakıda - Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ("Bandotdel") və digər polis şöbələrində də baş verib.

Elmir Hüseynzadənin və digər təqsirləndirilən şəxslərin məhkəmə prosesində ictimai təpki və vəkillərin israrından sonra hakim həbs olunan şəxslərə verilən işgəncələrin araşdırılması ilə bağlı vəsatəti qəbul edib. Amma respublika baş prokurorluğu araşdırma apararaq işgəncə hallarının öz təsdiqini tapmadığını bildirib. Təqsirləndirilən şəxslər və müdafiəçilər prokurorluğun qərarı ilə razılaşmayaraq araşdırmanın ədalətli və əhatəli aparılmadığını bildiriblər...


 
Source : facebook
Tagged
gəncə
Comment