QR Code
Nigeriyada Şeyx Zəkzaki tərəfdarlarına hücum, ölənlər var - FOTO
Maide , 10 Jul 2019 15:31
İslamtimes - Nigeriya İslami Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin azadlığı tələbi ilə etiraz aksiyası keçirənlərə hökumət qüvvələri tərəfindən atəş açılıb,nəticədə güllə yarası alan 2 nəfər həyatını itirub, onlarla insan yaralanıb.
Maide.Az "ABNA"a istinadla xəbər verir ki, Nigeriya İslam Hərəkatının lideri, hazırda qanunsuz həbsdə saxlanılan Şeyx İbrahim Zəkzakinin səhhətinin pisləşdiyi və ölüm təhlükəsi ilə üz-üzə qaldığı üçün ötən gün Əbucada minlərlə insan etiraz aksiyası keçirib və parlament binasına tərəf yürüş edib.
Polis və hökumət qüvvələri etirazçılara bir başa atəş açıb və polis zirehli maşınları kütlənin üzərinə sürüb, nəticədə onlarla adam yaralanıb.
Nümayişçilər bu cür müdaxilələrin onları öz dinc tələblərinin səsləndirməkdən çəkindirə bilməyəcəyini deyiblər və Şeyx Zəkzəki azad olunana qədər aksiyalarını davam etdirəcəklərini bildiriblər.
Xatırladaq ki, 17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kadun vilayəti ali məhkəməsinə ərizə göndərilib.
Story Code: 804267
Islam Times
https://www.islamtimes.com