Pompeo İranı təkrar ön şərtsiz danışıqlara çağırdı
IslamTimes , 24 Jun 2019 08:48
İslamTimes: ABŞ xarici işlər naziri Ərəbistan və Əmirliyi istiqamətləndirir
ABŞ xarici işlər naziri Pompeo Ərəbistan və Əmirliyə səfər öncəsi Ağ Evin İranla ön şərtsiz müzakirə təklifini bir daha dilə gətirib. Pompeo deyib: Ərəbistan və Əmirliklə məsləhətləşməyə gedirəm. İranla ön şərtsiz müzakirə istəyindəyik. İran nə zaman istəsə müzakirələrə başlaya bilərik.
ABŞ son günlərdə Yaponiya baş naziri, Almaniya xarici işlər naziri vasitəsi ilə müzakirələrə hazır olduğunu Tehrana çatdırıb. Amma Tehranın mövqeyi qətidir: ABŞ bütün problemlərin əsas səbəbkarıdır və öhdəçiliklərinə əməl etmir. Buna görə də Vaşinqtonla müzakirə məqbul deyil.
Story Code: 801153