BMT-nin Bin Salmanı Qaşıqçının qətlində əsas müttəhim sayması onun ölkə xaricində həbsi ilə nəticələnə bilər. Əl-Məyadin Qasim İzzəddinin “Bin Salmanın aqibəti” adlı məqaləsini nəşr edib. Məqalədə BMT-nin Qaşıqçının qətli barədə sənədindən danışılır. Bu sənəddə Ərəbistan vəliəhdi Bin Salman əsas müttəhimdir. BMT-nin xüsusi məruzəçisi Agnes Kallamar öz hesabatında Bin Salmanı bu cinayət üzrə əsas müqəssir kimi təqdim edib.