QR CodeQR Code

Yaponiya ABŞ-dan İranın tankerlərə hücumu ilə bağlı sübut tələb edib

Deyerler , 16 Jun 2019 18:10

İslamtimes - Yaponiya hökuməti ABŞ-dan Ormuz boğazında iki tankerə İran tərəfindən hücumun təşkili ilə bağlı daha çox sübut tələb etdiyini bəyan edib.



“Kyodo” agentliyi xəbər verir ki, bu barədə ABŞ-a sorğu dövlət katibi Mayk Pompeonun hücumla bağlı heç bir dəlil gətirmədən İranı ittiham etməsindən sonra göndərilib. Bundan bir qədər sonra ABŞ Müdafiə Nazirliyi Yaponiyaya məxsus “Kokuka Courageous” tankerinin göyərtəsindən İrana məxsus olduğu güman edilən patrul gəmisinin partlamamış minanı götürməsini əks etdirən video yayımlayıb. Lakin Yaponiya hökumətindəki mənbələr bunun fakt olmasına şübhə ilə yanaşıblar. Yüksək vəzifəli məmurlardan biri bildirib ki, ABŞ-ın izahı şübhələrin dağılması üçün əsas vermir.
 
Yaponiya hökuməti hazırda müxtəlif kanallar, o cümlədən xarici işlər naziri Taro Kono vasitəsilə daha konkret sübutlar axtarır.
 
İyunun 13-də mətbuat konfransında M.Pompeo elan edib ki, kəşfiyyatın məlumatları, əməliyyatın icrası üçün istifadə edilən silahlar, təcrübə səviyyəsi, bu yaxınlarda İran tərəfinin gəmilərə hücumu və ərazidəki digər qrupların həmin əməliyyat üçün kifayət qədər ehtiyatlara və bacarığa malik olmaması ABŞ-ın həmin nəticəyə gəlməsinə əsas verib.
 
Lakin Ş.Abeyə yaxın olan mənbələr bunların İran tərəfini günahlandırmaq üçün kifayət etmədiyini bildiriblər. Hətta həmin mənbə deyib ki, ABŞ-ın sadəcə təsdiq etməsinə əsaslanaraq, Yaponiya buna inana bilməz.
 
Xarici İşlər Nazirliyindəki mənbə isə bildirib ki, hücumun icrası üçün təcrübəyə gəlincə, yalnız İran deyil, eyni zamanda ABŞ və ya İsrail də təqsirləndirilə bilər.
 
Xatırladaq ki, tankerlərə hücum Ş.Abenin İranın Ali rəhbəri Əli Xameneyi ilə Tehranda görüşü zamanı baş verib.
 
Baş nazirə yaxın mənbə bildirib ki, bu hücum ABŞ ilə İran arasında vasitəçi olmağa çalışan Baş nazirin nüfuzuna böyük zərbə vurub. Bu mənbə deyib ki, məsələ çox ciddidir və faktların dəqiqləşdirilməsi zamanı səhvə yol vermək olmaz.
 
Yaponiya hökuməti hücuma görə kimin məsuliyyət daşıması ilə bağlı hələlik şərh verməkdən çəkinir.
 


Story Code: 799839

News Link :
https://www.islamtimes.com/az/news/799839/yaponiya-abş-dan-iranın-tankerlərə-hücumu-ilə-bağlı-sübut-tələb-edib

Islam Times
  https://www.islamtimes.com