0
Saturday 15 June 2019 - 05:55

Almaniya: ABŞ-ın təqdim etdiyi video yetərsizdir!

Story Code : 799544
Almaniya: ABŞ-ın təqdim etdiyi video yetərsizdir!
Almaniyanın xarici işlər naziri Hayko Maas Amerikanın Oman dənizində tankerlərə hücuma görə İranı ittiham etməsini əsassız sayır. Nazir ABŞ-ın dəlil kimi təqdim etdiyi videonun ittiham üçün bəs etmədiyini bildirib. Video aydın deyil. Görüntüdə bir qrup şəxs gəminin korpusuna yapışdırılmış minanı qoparır. Vaşinqton gəmiyə yaxınlaşmış qayığın İrana məxsus olduğunu və İran tərəfindən xilasetmə əməliyyatının gözdən pərdə asmaq üçün təşkil edildiyini iddia edir.  
 
Source : IslamTimes
Tagged
oman