Əsrin Sövdələşməsi: Misir (8)
IslamTimes , 4 Jun 2019 18:00
Tramp Sövdələşməsi (8)
ABŞ-ın fitnəkar Əsrin Sövdələşməsi layihəsində tərəflərdən biri də Misirdir. Bunun iki səbəbi var: Misir Qəzzə Zolağı ilə həmsərhəddir, İsraillə münaqişədə Sinay səhrası mövzusu var. Şəmsi təqvimlə tir ayında Misir prezidenti Sisi ilə Trampın kürəkəni Kuşner və Qrinblatın arasında görüş oldu. Görüşdən sonra belə qənaət yarandı ki, Sisi sövdələşməni qəbul edir. Görüşdən sonra Misir prezidentinin mətbuat xidməti bəyanat yaydı ki, Qahirə Fələstində milli barışıq, sülh, gərginliyin aradan qaldırılması tərəfdarıdır. Əslində Qəzzə ilə Qərb Sahili arasında milli barışıq Əsrin Müqaviləsinin reallaşmasına kömək edir. Sionist rejim ümid edir ki, Fələstində milli barışıq müqavimət cəbhəsini geri çəkilməyə vadar edər. Qəzzəyə təzyiq və mühasirənin gücləndirilməsi müqavimət və Həması sazişə vadar etmək üçündür.
Story Code: 797941