Sudanın müdafiə naziri və Hərbi Keçid Şurasının sədri 24 saat keçməmiş istefa verdi
Sudan HKŞ-nin yeni sədri, ordu generalı Əbduldəttah əl-Burhan and içərək vəzifəsinə başlayıb.
Islamazeri , 15 Apr 2019 10:05
İslamtimes - Sudanın müdafiə naziri və Hərbi Keçid Şurasının sədri Avad bin Ouf öz arzusu ilə vəzifəsindən ayrıldığını açıqlayıb.
İslamazeri.com xəbər verir ki, ordu generalı Əbdülfəttah əl-Burhan Sudan Hərbi Keçid Şurasının (HKŞ) yeni sədri olub. Şuranın sədr müavini, ordu generalı Kamal Əbdülmaruf vəzifəsindən azad edilib.
Sudan HKŞ-nin yeni sədri, ordu generalı Əbduldəttah əl-Burhan and içərək vəzifəsinə başlayıb.
Bin Ouf ordunun hakimiyyətə gəlməsinin ardınca Sudanda HKŞ-nin sədri kimi and içməsinin üzərindən 24 saat keçməmiş vəzifəsini tərk etdiyini açıqlamışdı.
Dövlət televiziyasında canlı yayımlanan çıxışında Bin Ouf HKŞ sədrliyini tərk etdiyini, Əbduldəttah əl-Burhanı yerinə seçdiyini, şuranın sədr müavini Kamal Əbdülmarufun isə vəzifəsindən azad edildiyini bildirmişdi.
Sudanın müdafiə naziri və Hərbi Keçid Şurasının sədri 24 saat keçməmiş istefa verdi
Story Code: 788681