İraq prezidenti: Həşd Şəbinin qəhrəmanlığı unudulmaz!
Story Code : 786734
İraq prezidenti Bərhəm Saleh Qətərin Əl-Ərəb qəzetinə müsahibəsində Həşd Şəbi qüvvələrinə də münasibət bildirib. İŞİD-in İraqda süqutunun əsas səbəblərindən olan könüllü Həşd Şəbi qüvvələri ABŞ-ın səbrini daşdıran hadisədir. Vaşinqton Həşd Şəbinin ləğv olunması üçün çalışır. İraq prezidenti isə Həşd Şəbi haqqında dəyərli fikirlər söyləyib. Bərhəm Saleh deyib: Həşd Şəbinin qəhrəmanlığı unudulmaz! Həşd Şəbi İraq dövlətinin təhlükəsizlik sistemində hərbi təşkilatdır və qanun əsasında silahlı qüvvələrin baş komandanlığına tabedir.