0
Wednesday 20 March 2019 - 20:10

Fəzilətlər dəryasından bir damla

Story Code : 784339
Fəzilətlər dəryasından bir damla

Vilayət şahı, hidayət şamı, müttəqilər və möminlərin mövlası, Allah və Peyğəmbərin (s) sevimlisi imam Əli ibn Əbu Talibin (ə) fəzilətlərindən nə qədər desək və nə qədər yazsaq da, o həzrətin sonsuz hikmət, qeyrət, fəzilət, dəyanət və şücaət dəryası müqabilində yalnız bir damladır. Xəlil ibn Əhməd imam Əlinin (ə) fəzilətləri haqda necə də gözəl demişdir:
کیف اصف رجلاً کتم اعادیه محاسنه حسداً و احبّائه خوفاً و ما بین الکلمتین ملأالخائفین؛
“O kişini necə vəsf edim ki, düşmənləri həsəd üzündən, dostları isə düşmənlərinin qorxusundan onun fəzilət və gözəlliklərini gizlətdilər. Bununla belə, onun fəzilət və gözəllikləri qərb və şərqi bürümüşdür.” (“Rozətul-muttəqin”, 13-cü cild, səh.265.)
Bundan da uca bir məqam varmı ki, Əmirəlmöminin Əli (ə) Peyğəmbəri-Əkrəmə (s) iman gətirən və o həzrətin çiyninə çıxıb bütləri sındıran ilk şəxsdir. Peyğəmbəri-Əkrəm (s) tərəfindən dəfələrlə imamət və xilafət məqamına təyin edildi. Hicrət gecəsi, o qorxulu zamanlarda Peyğəmbəri-Əkrəmin (s) yatağında yatdı. Peyğəmbər (s) ümmətinin və on bir məsum imamın atası idi. Peyğəmbərin (s) sevimli qızı xanım Fatimeyi-Zəhra (s.ə.) həyat yoldaşı idi. “Xəndək” döyüşündə Peyğəmbərin (s) nidasına “ləbbeyk” deyən, küfr ordusunun pəhləvanı Əmr ibn Əbdəvüdün kürəyini yerə vuran, bir zərbəsi bütün cin və insanların ibadətindən fəzilətli sayılan, “Xeybər” döyüşündə “Xeybər” qalasının qapısını yerindən qoparıb İslam ordusunu nüsrət və qələbəyə yetirən yeganə şəxsdir.
İmam Əli (ə) elə bir şəxsiyyətdir ki, onu Allah və Peyğəmbərdən (s) başqası layiqincə tanıya bilmədi. Peyğəmbər (s) o həzrətə xitabən buyurmuşdur:
يَا عَلِيُّ مَا عَرَفَ اللَّهَ حَقَّ مَعْرِفَتِهِ غَيْرِي وَ غَيْرُكَ وَ مَا عَرَفَكَ حَقَّ مَعْرِفَتِكَ غَيْرُ اللَّهِ وَ غَيْرِي
“Ya Əli! Allahı mən və səndən başqa, layiqincə tanıyan olmadı. Səni də Allah və məndən başqası, layiqincə tanıyan olmadı.” (“Əl-mənaqib”, İbn Şəhr Aşub”, 3-cü cild, səh.268.)
Başqa bir hədisdə buyurmuşdur:
يا علي! لا يَعرفُ الله تَعالى إلا أنَا وَ أنتَ وَ لا يَعرِفني إلاّ الله وَ أنتَ وَ لا يَعرِفُك إلا الله وَ أنَا
“Ya Əli! Allahı mən və səndən başqası, məni Allah və səndən başqası, səni də Allah və məndən başqası tanımadı.” (“Rozətul-muttəqin”, Əllamə Məhəmməttəqi Məclisi, 13-cü cild, səh.273; “Əl-mənaqib”, İbn Şər Aşub, 3-cü cild, səh.268.)
İbn Abbas Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir:
لَو اَنَّ الرّیاضَ (الفیاض) اقلامٌ و البحرُ مدادٌ والجنُّ حُسّابٌ والانسُ کُتّابٌ ما اَحصوا فضائل علیِّ بن ابی طالبٍ
“Ağaclar (bağlar) qələm, dərya mürəkkəb, cinlər hesablayıcı, insanlar yazar olarsa, Əli ibn Əbu Talibin fəzilətlərini sayıb-qurtara bilməzlər.” (“Əl-mənaqib”, Xarəzmi, səh.177, hədis 99 və “Lisanul-mizan”, 5-ci cild, səh.62; “Mizanul-etidal”, Zəhəbi, səh.467.)
Yenə o həzrət başqa bir hədisdə belə buyurmuşdur:
إِنَّ اللَّهَ تَعَالَى جَعَلَ لِأَخِي عَلِيِّ بْنِ أَبِي طَالِبٍ فَضَائِلَ لَا تُحْصَى كَثْرَةً فَمَنْ قَرَأَ فَضِيلَةً مِنْ فَضَائِلِهِ مُقِرّاً بِهَا غَفَرَ اللَّهُ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ وَ مَا تَأَخَّرَ
“Həqiqətən, Allah-Taala qardaşım Əli ibn Əbu Talib üçün saysız-hesabsız fəzilətlər qərar vermişdir ki, əgər bir şəxs həmin fəzilətlərdən birini etiqad və ə etiraf üzündən zikr edərsə, Allah onun keçmiş və gələcək günahlarını bağışlayar.”
وَ مَنْ كَتَبَ فَضِیلَةً مِنْ فَضَائِلِه لَمْ تَزَلِ الْمَلَائِكَةُ تَسْتَغْفِرُ لَهُ مَا بَقِیَ لِتِلْكَ الْكِتَابَةِ رَسْمٌ...
“Əgər bir şəxs onun fəzilətlərindən birini yazarsa, həmin yazı qalacağı vaxta qədər mələklər onun üçün bağışlanma diləyərlər...”
Sonra o həzrət buyurdu:
النَّظَرُ إِلَى عَلِیِّ بْنِ أَبِی طَالِبٍ عِبَادَةٌ وَ ذِكْرُهُ عِبَادَةٌ وَ لَا یُقْبَلُ إِیمَانُ عَبْدٍ إِلَّا بِوَلَایَتِهِ وَ الْبَرَاءَةِ مِنْ أَعْدَائِهِ.
“Əli ibn Əbu Talibin üzünə baxmaq və adını çəkmək ibadətdir. Bəndənin imanı yalnız onun vilayətini qəbul etmək və düşmənlərinə nifrət bəsləməklə qəbul olunar.” (“Əmali”, Şeyx Səduq, məclis 28, son hədis.)
Bir sözlə, Əmirəlmöminin Əli (ə) fəzilətlər dəryasıdır və həmin fəzilətləri yazmaqla qurtarmaq mümkünsüzdür. Elə buna görə də, biz qeyd etdiklərimizlə kifayətlənirik. Şair demişkən:
کتاب فضل تو را آب بحر کافی نیست               که تر کنم سرانگشت و صفحه بشمارم
Fəzilət kitabını, ya Əli, saymaqdan ötər,            Dəryanın suyu ilə barmağı islatsam əgər,
Quruyar dərya, amma tükənməz bu səhifələr!
Source : Maide
Tagged
İmam Əli
Comment