İranlı general: "İsrail yeni müharibəyə başlasa, yer üzərindən silinməsi ilə nəticələnəcək"
Deyerler , 29 Jan 2019 14:19
İslamtimes - İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandan müavini bildirmişdir ki, sionist rejmi yeni müharibəyə başladığı halda, yez üzündən silinəcək.
"Deyerler.org"un "parstoday.com" agentliyinə istinadən verdiyi xəbərə görə, İsrail rejiminin Suriyada yerləşən İran mövqelərinə hücum təhdidindən sonra, briqada generalı Hüseyn Salami bildirmişdir: "İranın strateji işi - İsraili dünyanın siyasi xəritəsindən silməyə yönəlidir və göründüyü kimi, törətdiyi təxribatları ilə sionist rejimi, özünün qaçılmaz taleyini daha da yaxınlaşdırır".
Salaminin sözlərin görə, İsrail rejimi yeni təxribatlara əl atdığı halda, bütün işğal olunmuş torpaqlar azad ediləcək və Fələstində qəbiristanlıqlardan başqa İsrail rejimindən bir əsər-əlamət qalmayacaq.
Story Code: 775149