Fələstində növbəti faciəli hadisə baş verib. Qüdsdə sionist hərbçilər yoldan ötən müsəlman qadını intiharçı sayaraq ona atəş açıb və qadın yerindəcə şəhadətə çatıb. Şahab agentliyi xəbər verir ki, sionistlər qadının partlayış törətmək istədiyini iddia edib. Hətta Qırmızı Ayparanın personelinə icazə verilməyiv ki, qadına yardım etsinlər. Fələstinlilər işğal dövründə işğalçılara qarşı şəhadət əməliyyatları həyata keçirslər də, sionistlər bu qadına qarşı heç bir dəlil göstərə bilməyib.