QR Code
Pakistanın Məzari-Şərifdəki konsulluğu bağlandı- SƏBƏB
Maide , 28 Jan 2019 14:52
İslamtimes - Pakistanın Xarici İşlər Nazirliyi elan edib ki, Əfqanıstanın Məzari-Şərif şəhərindəki konsulluğunu bağlayıb.
Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Pakistanın Məzari-Şərifdəki konsulluğuna çantasında bomba olan bir xanımın girməyə çalışması olub.
XİN Pakistanın Əfqanıstandakı konsulluğunun təhlükəsizliyinin tam təmin edilməsini tələb eidb.
Qeyd edək ki, ötən il Pakistan Əfqanıstanın şərqində Calal Abad bölgəsindəki konsulluğunu Əfqanıstan rəsmilərinin konsulluğun işinə müdaxilə etməsini iddia edərək bir ay müddətinə bağlamışdı.
Xatırladaq ki, Pakistanın Məzari-Şərifdəki konsuluğuna viza almaq məqsədilə hər gün Əfqanıstanın 9 əyalətindən 500 nəfər müraciət edir.
Story Code: 774776
Islam Times
https://www.islamtimes.com