Yəmən Ənsarullahı Pompeoya cavab verdi
IslamTimes , 15 Jan 2019 13:47
İslamTimes: Tramp konqresin sülh tələblərinə məhəl qoymur
Yəmən Ali İnqilab Komitəsinin rəisi və Ənsarullah Hərəkatının liderlərindən olan Məhəmməd Əli Əl-Husi ABŞ xarici işlər naziri Mayk Pompeonun ittihamlarını cavablandırıb. Pompeo Yəmən ordusu və xalq komitələrini İsveç atəşkəs razılaşmasını pozmaqda ittiham edib. Məhəmməd Əli Əl-Husi Əl-Hudəydədəki Yəmən qüvvələrinin yerdəyişmələrini yada salaraq bu ittihamları rədd edib. Ənsarullah lideri konqres Yəmən müharibəsinə qarşı olduğu halda Tramp komandasının müharibəni davam etdirməsini Pompeonun sülh iddialarının qeyri-ciddiliyinə dəlil göstərib.
Story Code: 772210